"İnter" "Mançester Yunayted"in müdafiəçisi ilə maraqlanır
13.04.2024 - 14:49

"İnter" "Mançester Yunayted"in müdafiəçisi Aaron Van-Bissaka ilə maraqlanır.
Apasport.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, İngiltərə klubu 26 yaşlı ingilislə 15 milyon avroya ayrılmağa hazırdır.
Futbolçunun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. "İnter" Van-Bissakanı Denzel Dümfrisin əvəzləyicisi kimi nəzərdən keçirir.
Bu mövsüm Van-Bissaka bütün yarışlarda 21 matçda iştirak edib və 3 məhsuldar ötürmə edib.
0
0