"İnter" Pavardı açıqladı
31.08.2023 - 10:57

"İnter" daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Apasport.az saytı xəbər verir ki, İtaliya klubu fransalı müdafiəçi Benjamin Pavardı transfer edib.
Futbolçu "neradzurrilər"in sıralarına "Bavariya"dan keçib. Dünya çempionu 2019-cu ildən Münhen klubunda çıxış edir.
Futbolçu komandanın heyətində 163 oyun keçirib və 12 qola imza atıb.
0
0