“İnter”dən Dzeko qərarı
13.05.2023 - 16:23

Edin Dzekonun taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, “İnter” bosniya və herseqovinalı hücumçu ilə müqaviləni uzadacaq.
Bu barədə qərarı klub rəhbərliyi verib. 37 yaşlı forvardla yeni anlaşma 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Lakin yeni müqavilədə onun maaşı azaldılacaq. Hazırda 5,5 milyon avro və 1 milyon bonus qazanan Dzekoya 4 milyonluq anlaşma təklif edilib. O, əlavə 1 milyon bonus da qazana bilər.
Qeyd edək ki, Dzeko 2021-ci ildən “İnter”də çıxış edir.
0
0