“İnter”dən “Leççe”yə 4 cavabsız qol
26.01.2025 - 22:56

İtaliya A Seriyasının XXII turunun oyunları davam edir.
Apasport.az xəbər verir ki, “İnter” səfərdə “Leççe”nin qonağı olub.
Oyunu tam şəkildə idarə edən Milan təmsilçisi rəqibini 4 cavabsız qolla darmadağın etməyi bacarıb – 4:0
Bu nəticə ilə “İnter” xallarının sayını 50-yə yüksəldərək, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
İtaliya A Seriyası
XXII tur
21:00. “Leççe” – “İnter” – 0:4
0
0