İnyesta “Vissel Kobe”dən gedir
25.05.2023 - 14:47

İspaniyalı futbolçu Andres İnyesta “Vissel Kobe”dən gedir.
Apasport.az saytı xəbər verir ki, Yaponiya klubu 39 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda komandanı tərk edəcəyini açıqlayıb.
Veteran futbolçu yaponların heyətində son oyununu iyulun 1-də keçirəcək. O, “Hokkaydo Konsadole Sapporo” ilə görüşdə son dəfə “Vissel Kobe” formasını geyinəcək.
Qeyd edək ki, İnyesta 2018-ci ildə "Barselona"dan "Vissel Kobe"yə keçib. Futbolçu “Gündoğar ölkə” komandasının heyətində 133 oyun keçirib, 26 qol vurub, 25 məhsuldar ötürmə edib.
- Onların da milli komandası olacaq - FİFA bu ölkəni də tanıyacaq
- Fərid Yusifli və İsmayıl Zülfüqarlı "Neftçi"yə qarşı oynayacaq? - Açıqlama
- “Qəbələ” və “Şamaxı”nın baş məşqçisi kursa qatıldı
- Millinin baş məşqçisi: "Uduzsaq da, futbolçular çox yaxşı çıxış etdilər"
- Premyer Liqa klubu Ronaldonun transferində israrlıdır
0
0