İspaniya Kuboku: "Barselona" və "Real"ın rəqibləri müəyyənləşdi
20.01.2025 - 17:22

Futbol üzrə İspaniya Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, püşkatma nəticəsində "Barselona" "Valensiya"ya, "Real" isə "Leqanes"ə rəqib olub.
Bundan əlavə, 1/4 finalda "Real Sosyedad" - "Osasuna" və "Atletiko" - "Xetafe" matçları da təşkil ediləcək.
Qeyd edək ki, matçların dəqiq tarixləri daha sonra açıqlanacaq.
0
0