İspaniya millisindən rekord
19.11.2024 - 13:22

İspaniya millisinin yeni tarixi rekorda imza atıb.
Apasport.az xəbər verir ki, Pireney təmsilçisi 2024-cü ildə 14 qələbə qazanıb.
Yoldaşlıq oyunlarını da nəzərə almaqla 17 qarşılaşmaya çıxan İspaniya cəmi 3 oyunda qələbə qazana bilməyib. Bu nəticə milli komandanın tarixində yeni rekord kimi qeydə alınıb. Əvvəlki rekord isə 2010-cu ilə aiddir. Həmin il İspaniya yığması 13 dəfə qalib gəlməyi bacarmışdı.
Xatırladaq ki, Luis de la Fuentenin rəhbərliyi altındakı komanda Millətlər Liqasının VI turunda İsveçrəni 3:2 hesabı ilə məğlub edib.
0
0