İspaniya millisinin üzvü zədələnib
19.07.2024 - 13:21

İspaniya millisinin və “Atletik”in qapıçısı Unay Simon sıradan çıxıb.
Apasport.az xəbər verir ki, biləyindən əməliyyat olunan 27 yaşlı qolkiper 4 ay yaşıl meydanlardan uzaq qalacaq.
U. Simon İspaniya millisinin heyətində Almaniyada keçirilən Avropa çempionatında 6 oyunda 4 qol buraxıb. Onun komandası finalda İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək tarixində dördüncü dəfə bu turnirin qalibi olub.
0
0