İspaniyalı qapıçı atdan yıxılıb
28.05.2023 - 17:54

PSJ-nin qapıçısı Serxio Riko başından ağır zədə alıb.
Apasport.az-ın məlumatına görə, ispaniyalı qapıçı atdan yıxılıb.
İspaniyada at sürərkən müvazinətini itirən Serxionun kəllə-beyin zədəsi aldığı bildirilir. Təcili xəstəxanaya yerləşdirilən qapıçı süni nəfəs aparatına qoşulub. Yayılan xəbərlərdə atın yıxılan qolkiperin boynunu zədələdiyi bildirilir.
Qeyd edək ki, Riko bu mövsüm PSJ-nin heyətində meydana çıxmayıb.
0
0