İsveçrə yığmasının üzvü “Sevilya”da
02.08.2023 - 01:34

“Sevilya” yarımmüdafiə xəttini gücləndirib.
Apasport.az-ın məlumatına görə, Cibril Sou karyerasını İspaniyada davam etdirəcək.
“Sevilya” ilə “Ayntraxt” arasındakı danışıqlar yekunlaşıb. İspan təmsilçisi qarşı tərəfə 14 milyon ödəyib. İsveçrə yığmasının üzvü ilə 2028-ci ilin iyunun sonunadək müqavilə imzalanacaq. 26 yaşlı futbolçu bu gün tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Sou ötən mövsüm “Ayntraxt”ın heyətində 47 oyun keçirib və 4 qol vurub.
0
0