İtaliya klubundan tarixi transfer
29.07.2023 - 17:07

“Atalanta” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu El-Bilal Turenin transferini gerçəkləşdirib.
“Almeriya”nın hücumçusu üçün 30 milyon avro ödənilib. Ture “Atalanta”nın tarixinə düşüb. O, Berqamo təmsilçisinin ən bahalı transferi olub.
Qeyd edək ki, Ture PSJ-nin də maraq dairəsində olsa da, İtaliya klubuna keçib.
0
0