Jiru ilə müqavilə uzadılır
22.09.2022 - 15:47

“Milan” Olivye Jiru ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi fransalı hücumçunu heyətində saxlayacaq.
35 yaşlı veteranla müqavilənin uzadılması barədə danışıqlara da start verilib. Onunla yeni anlaşma 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Olivye mövsümün 9 matçında 5 qol vurub.
0
0