Kamavinqa üçün 1 milyard avro
12.10.2023 - 11:04

“Real” futbolçusu Eduardo Kamavinqa ilə müqaviləni uzadıb.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi ilə yeni anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Müqavilədə fransalının sərbəst qalma məbləği kimi 1 milyard avro göstərilib. 21 yaşlı futbolçu ilə əvvəlki anlaşma 2027-ci ildə başa çatmalı idi.
Kamavinqa 2021-ci ildə “Renn”dən transfer olunub. “Real” bu keçid üçün 40 milyon avro ödəyib.
Qeyd edək ki, yarımmüdafiəçi cari mövsüm La Liqada 9 oyun keçirib.
0
0