Kapitan Premyer Liqa klubunda qaldı
12.07.2023 - 14:51

“Brayton” kapitanı Luis Dankla müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
Premyer Liqa təmsilçisi müdafiəçi ilə 2026-cı ilədək nəzərdə tutulan yeni anlaşma imzalayıb. 31 yaşlı arxa xətt oyunçusu yetirməsi olduğu klubda çıxışını davam edəcək.
Qeyd edək ki, Dank ötən mövsümün 42 matçında 2 qol vurub.
0
0