Kapitanlıq üçün yeni namizəd
20.12.2022 - 15:36

Fransa millisinin yeni kapitanı olmağa əsas namizəd müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Uqo Loris yığma karyerasını bitirsə, sarğını Kilian Mbappe daşıyacaq.
DÇ-2022-nin finalındakı məğlubiyyətdən sonra qolkiperin millini tərk edəcəyi gözlənilir. Bu baş versə, martda keçirilən qarşılaşmalara 24 yaşlı hücumçu kapitan kimi çıxacaq. Həmin vaxt Fransa yığması AVRO-2026-nın seçmə mərhələsində mübarizəyə başlayacaq.
Qeyd edək ki, Fransa finalda Argentinaya uduzub – 3:3, pen. 2:4.
0
0