Karazor Türkiyə millisini seçdi
01.10.2024 - 00:41

"Ştuttqart"ın futbolçusu Atakan Karazor milli komanda seçimini edib.
Apasport.az xəbər verir ki, o, Türkiyə millisini seçib.
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannla görüşən 27 yaşlı yarımmüdafiəçi "ay-ulduzlu" formanı geyinmək istədiyini bildirib.
Qeyd edək ki, cari mövsüm 8 oyuna çıxan "Ştuttqart"ın kapitanı 1 qol vurub.
0
0