Kavani Argentina klubunda qalacaq
04.10.2024 - 16:36

“Boka Xuniors”un hücumçusu Edinson Kavani gələcəyi ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, uruqvaylı futbolçu Argentina klubu ilə əməkdaşlığını uzatmaq qərarına gəlib.
Tərəflər arasındakı yeni müqavilə 2025-ci ilin sonuna kimi qüvvədə olacaq.
37 yaşlı hücumçunun transfer dəyəri 1 milyon avro olaraq qiymətləndirilir.
Kavani karyerasını “Boka Xuniors”da bitirməyi planlaşdırır. O, bu il Argentina çempionatında 19 oyun keçirib, 9 qol vurub.
0
0