
"Bavariya"nın hücumçusu Harri Keyn uğurlu çıxışını davam etdirir.
Apasport.az xəbər verir ki, İngiltərə millisinin forvardı Bundesliqada 24-cü qolunu vurub.
30 yaşlı futbolçu Münhenqladbax “Borussiya”sına (3:1) qarşı oyununun 70-ci dəqiqəsində fərqlənib.
Bununla da ingilis futbolçu turnirdəki ilk mövsümündə vurduğu qollara görə Marek Mintal (Nürnberq, 2004/05) və Luka Toninin (Bavariya, 2007/08) rekordunu təkrarlayıb. Bu göstəricidə birinci yerin sahibi isə əfasanəvi Uve Zeelerdir (1963/64 mövsümündə "Hamburq"un heyətində 30 qol).
Bundesliqada mövsümün sonuna 14 tur qaldığını nəzərə alsaq, deməli Keyn bu rekordu da yeniləmək şansına malikdir.
- Aleks De Souza Super Liqa klubu ilə anlaşdı
- Paris-2024: Selcan Mahsudova Paris Olimpiadasında mübarizəni dayandırıb
- "PSJ" heyətini gənc futbolçu ilə gücləndirib
- "Bayer"in müdafiəçisi: "Sabah səhv etsək, bunu düzəldə bilməyəcəyik"
- İrəvanda mükafat qazanan idmançı: “Hər iki ölkəni çox yaxşı təmsil etdiyimizi düşünürəm”