Keyn rəsmən “Bavariya”da
12.08.2023 - 12:34

Harri Keynin “Bavariya”ya keçidi rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.
İngiltərə millisinin hücumçusu “Tottenhem”dən transfer olunub. Forvardla 4 illik müqavilə imzalanıb. Bu transfer 120 milyon avroya gerçəkləşib.
Qeyd edək ki, Keyn “Tottenhem”də 317 oyunda 213 qol vurub.
0
0