Klub avtobusuna bombalı hücüm: Yaralılar var
23.02.2024 - 11:34

Braziliyada keçirilən "Recife"-"Fortaleza" (1:1) görüşündən sonra qonaq komandanın avtobusuna hücum edilib.
Apasport.az xəbər verir ki, matçdan sonra "Recife" azarkeşləri qonaq komandanın komanda avtobusuna bomba və daşlarla hücum ediblər.
“Fortaleza”nın 6 futbolçusu hadisə nəticəsində yaralanıb və xəstəxanaya aparılıb.
"Fortaleza" prezidenti Marselo Paz hücumdan sonra verdiyi açıqlamada hadisənin günahkarları yaxalanana qədər matç oynamayacaqlarını bildirib.
0
0