Komanda yoldaşları xərçəng diaqnozu qoyulan futbolçunu ağlatdı - VİDEO
13.08.2024 - 12:33

İsveçin "Kalmar AİK" klubunun kapitanı Markus Hermana xərçəng diaqnozu qoyulub.
Apasport.az xəbər verir ki, komanda yoldaşları xəstəliklə mübarizə aparan Markus Hermana dəstək olmaq üçün saçlarını qırxdırıblar.
Soyunub-geyinmə otağında yaşanan emosional anlar Hermanı göz yaşlarına boğub.
Sözügedən videonu təqdim edirik:
0
0