
Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, ilk oyunlar çərçivəsində üç matç baş tutub.
Bu qarşılaşmalarda qapılara cəmi 1 qol vurulub. "Differdanj" öz meydanında "Ordabası"ya qalib gəlib.
Bu turnirdə iştirak edən Azərbaycan klubları “Zirə”, “Sumqayıt” və “Sabah” iyulun 25-də meydana çıxacaq.
Qeyd edək ki, ilk oyunlar üç gün olacaq. Cavab görüşləri iyulun 30-dan avqustun 1-dək keçiriləcək.
Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyunlar
23 iyul
20:00. “Balkani” – “Hamrun Spartans” - 0:0
21:00. “Differdanj” – “Ordabası” - 1:0
23:00. “Virtus” – “Flora” - 0:0