Konte “Yuventus”a qayıdır
28.11.2023 - 15:55

Antonio Konte "Yuventus"a qayıtmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, 54 yaşlı mütəxəssis ikinci dəfə "Yuventus"a rəhbərlik edəcək.
İtaliyalının 2024/25 mövsümündən Turin klubunun baş məşqçisi olacağı gözlənilir. Tərəflər artıq bununla bağlı razılığa gəliblər.
Qeyd edək ki, Konte 2011-2014-cü illərdə "Yuventus"u çalışdırıb.
0
0