Kovaçiç tarixi uğurun astanasında
19.12.2023 - 13:21

Mateo Kovaçiç adını futbol tarixinə yazdıra bilər.
Apasport.az xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisinin dördüncü dəfə klublararası dünya çempionatını qazanmaq şansı var.
29 yaşlı xorvatiyalı 3 fərqli komanda ilə dördüncü dəfə kuboku başı üzərinə qaldırmağa çalışacaq. Mateo 2016 və 2017-ci illərdə Madrid “Real”ı, 2021-ci ildə isə “Çelsi” ilə bu uğura nail olub.
Qeyd edək ki, Mançester təmsilçisi çempionatının yarımfinalında Yaponiyanın "Urava Red Diamonds" komandası ilə qarşılaşacaq. Matç bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
0
0