"Krasnodar" 120 milyona yarımmüdafiəçi alır
19.06.2024 - 11:18

Rusiya təmsilçilərindən “Baltika” klubunun yarımmüdafiəçisi Danila Kozlov “Krasnodar”a keçəcək.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 19 yaşlı futbolçunun transferi "bulls" rəhbərliyinə 120 milyon rubla başa gələcək.
Tərəflər arasında 5 illik müqavilə imzalanacaq.
Rusiya Premyer Liqasının son buraxılışında Kozlov "Baltika"nın heyətində 10 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
0
0