Kvaratsxeliya rəsmən PSJ-də
14.01.2025 - 21:26

Xviça Kvaratsxeliyanın yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, onun PSJ-yə keçidi rəsmiləşib.
Paris təmsilçisi "Napoli" ilə transferin bütün detallarını razılaşdırıb. Klub prezidentləri Aurelio de Laurentis və Nasser Al-Xelayfenin tələb olunan sənədləri imzaladıqları bildirilib.
Onunla 5+1 illik müqavilə imzalanacaq. Xviça yeni komandasında illik 9 milyon avro maaş və 2 milyon avro bonus qazanacaq. Transfer ümumilikdə 70 milyon avroya yekunlaşıb.
Qeyd edək ki, Kvaratsxeliya bu mövsümdə İtaliya A Seriyasında 17 oyunda 5 qol vurub, 3 ötürmə ilə yadda qalıb.
0
0