La Liqada istefa
04.10.2022 - 10:48

İspaniya La Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Apasport.az saytının məlumatına görə, “Elçe” Fransisko Rodrigeslə yollarını ayırıb.
Ardıcıl 5 məğlubiyyət alan klub rəhbərliyi mütəxəssislə vidalaşmağa üstünlük verib. VII turda “Rayo Valyekano”ya 1:2 hesabı ilə uduzan “Elçe” 1 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, 44 yaşlı mütəxəssis ötən ilin noyabrından “Elçe”ni çalışdırırdı. Ötən mövsümdə onun yetirmələri 13-cü yeri tutub.
0
0