La Liqadan Premyer Liqaya
21.01.2023 - 14:32

“Vilyarreal”ın futbolçusu Arno Donjuma Qrunevald karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu “Everton”a keçəcək.
Forvard bu gün tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq. 2021-ci ildən İspaniya klubunda çıxış edən Arnonun indiki anlaşması 2026-cl ilin yayında başa çatacaq.
Qeyd edək ki, nigeriyalı hücumçu mövsümün 10 matçında 2 qol vurub.
0
0