"Lester"lə İngiltərə çempionu olmuş futbolçu karyerasını bitirdi
05.01.2023 - 20:25

Avstriya millisinin və "Lester Siti"nin sabiq müdafiəçisi Kristian Fuks karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, bu barədə 36 yaşlı futbolçunun 2021-ci ildən formasını geyindiyi ABŞ-ın “Şarlott” klubunun mətbuat xidməti məlumat yayıb.
Kristian Fuks “Lester Siti” ilə İngiltərə çempionu və İngiltərə Kubokunun qalibi, “Şalke” ilə isə Almaniya Superkubokunun qalibi olub. O, Avstriya millisində 78 oyun keçirib.
0
0