Levandovski 3 illik müqaviləyə razılaşdı
18.05.2022 - 12:29

“Bavariya”nın hücumçusu Robert Levandovski “Barselona”ya transfer olunmağa yaxındır.
Apasport.az saytının məlumatına görə, 33 yaşlı forvard Kataloniya klubu ilə ilkin razılığa gəlib.
Tərəflər 3 illik müqaviləni razılaşdırıblar. Keçid baş tutarsa, Polşa millinin qolçusu La Liqa təmsilçisi ilə 2025-ci ilə qədər saziş bağlayacaq. “Barselona” rəhbərliyi indi “Bavariya” ilə anlaşmağa çalışır. İspanlar transferi 35 milyon avroya reallaşdırmaq niyyətindədir.
Qeyd edək ki, Robert Levandovskinin “Bavariya” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
0
0