Levandovski Anrini geridə qoydu
18.02.2024 - 11:36

Robert Levandovski "Barselona"nın heyətində 50-ci qolunu vurub.
Apasport.az xəbər verir ki, polşalı forvard La Liqanın "Selta Viqo" ilə matçında (2:1) dubl edib.
Bununla da 35 yaşlı forvard Kataloniya klubunda 3 ildə 49 qola imza atan fransalı Tyerri Anrini qabaqlaya bilib.
Ümumilikdə isə, cari İspaniya çempionatının 23 matçında meydana çıxan Polşa millsinin kapitanı aktivinə 12 qol və 5 məhsuldar ötürmə yazdırıb.
0
0