Levandovski “Barselona”da qalmaq istəyir
19.11.2024 - 14:14

“Barselona”nın hücumçusu Robert Levandovski İspaniyada oynamağa davam etmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb. Polşalı futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.
Levandovski bu mövsümün oyunlarının 50 faizində iştirak etsə, sözləşməsi avtomatik bir il uzadıla bilər.
36 yaşlı hücumçu bu mövsüm La Liqada 13 oyunda 14 qol vurub.
0
0