Levandovski də Vinisiusu geridə qoydu
02.11.2024 - 01:07

La Liqada oktyabr ayının ən yaxşı futbolçusu bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada "Barselona"nın hücumçusu Robert Levandovski layiq görülüb.
Polşalı forvard 7 qolla komandasının qələbələrinə töhfə verib. O, ötən ay "Alaves"lə matçda het-trik edib, "Sevilya" və "Real"la görüşlərdə isə dubla imza atıb.
Hücumçu səsvermədə Vinisius Junior (“Real”), Antuan Qrizmann (“Atletiko”), Aleks Berenqer (“Atletik”) və Mikel Oyarzabalı (“Real Sosyedad”) üstələyib.
0
0