“Leypsiq”də yeni müdafiəçi
30.07.2022 - 17:34

“Leypsiq” heyətinə yeni müdafiəçi qatacaq.
Apasport.az saytının məlumatına görə, David Raumun keçidi ilə bağlı razılıq əldə olunub.
“Hoffenhaym”ın 24 yaşlı müdafiəçisi ilə 5 illik müqavilə imzalanacaq. O, yeni komandasında ən yüksək ödənişli futbolçulardan biri olacaq.
Qeyd edək ki, “Hoffenhaym”da bir mövsüm keçirən Raum 35 matçda 3 qol vurub.
0
0