Linqard "Barselona"ya keçmək istəyir
09.01.2024 - 13:45

Cessi Linqard karyerasının son illərini “Barselona”da keçirmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
"Transfermarkt" Linqardın dəyərini 6 milyon avro olaraq qiymətləndirir. “Katalonlar"ın maliyyə problemi olduğu üçün futbolçunu daha ucuz məbləğə almağı düşünür.
31 yaşlı yarımmüdafiəçi “Nottingem Forest”lə müqaviləsi bitdikdən sonra klubsuz qalıb.
Qeyd edək ki, futbolçu əvvəllər “Mançester Yunayted”, “Vest Hem”, “Derbi Kaunti”, “Brayton” və “Lester Siti”də çıxış edib.
- Nuno Qomeş “Qarabağ”dan danışdı: “Gec-tez çoxlu mükafatlar alacaqlar”
- "Səbail" bugünkü matçı Azərbaycanlıların Soyqırımı Gününə həsr edəcək
- "Sabah" Azərbaycan çempionatlarında 250 qol vurub
- Slavko Georgiyevski “Neftçi”nin nəticələrində günahkarın adını açıqladı - MÜSAHİBƏ
- Şenol Günəş: “Dərslər çıxaracağımız anlar oldu”
0
0