Lionel Messi Barselonada
08.08.2022 - 10:13

PSJ-nin hücumçusu Lionel Messi Barselonaya yollanıb.
Apasport.az saytının məlumatına görə, argentinalı superulduzu aparan şəxsi təyyarə El-Prat hava limanına enib.
35 yaşlı forvarddan avtoqraf alan azarkeşlərdən biri “Barselona”nın prezidenti səni qaytarmaq istədiyini açıqladı. Azarkeşlər də qayıtmağını istəyir. Siz də istərdinizmi”, - sualını Leo cavab vermədən oranı tərk edib.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi ötən il Kataloniya klubundan PSJ-yə keçib.
0
0