Lionel Messi məşqlərə başlayıb
30.08.2024 - 14:19

Amerika təmsilçilərindən “İnter Mayami”nin futbolçusu Lionel Messi məşqlərə başlayıb.
Apasport.az xəbər verir ki, bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı hücumçu sonuncu dəfə iyulun 15-də Argentina yığması ilə Amerika Kubokunda Kolumbiya ilə final oyununda meydana çıxıb (1:0).
Messi MLS-də sentyabrın 1-də “Çikaqo Fayr”la oyunda iştirak edə bilər.
0
0