Liqa1-də istefa
29.11.2023 - 15:02

Fransa Liqa1-də növbəti istefa gerçəkləşib.
Apasport.az xəbər verir ki, “Nant” baş məşqçisi Pyer Arestuyla yollarını ayırıb.
Mütəxəssisin köməkçiləri də klubdan göndərilib. Arestuy bu postda cəmi 6 ay çalışıb. O, baş məşqçi postuna bu ilin mayında təyin olunmuşdu.
Qeyd edək ki, “Nant” hazırda Liqa1-də 11-ci pillədə qərarlaşıb.
0
0