"Liverpul" azarkeşlərinə bəd xəbər
15.02.2024 - 09:09

“Liverpul” aparıcı futbolçusunu itirib.
Apasport.az xəbər verir ki, müdafiəçi Trent Aleksander-Arnold sıradan çıxıb.
25 yaşlı futbolçunun dizindəki zədəsi ağırlaşdığı üçün oyunçunun bir neçə həftə meydanlardan uzaq qalacağı bildirlir. Bu isə o deməkdir ki, ingilis arxa xətt oyunçusu fevralın 25-də oynanılacaq İngiltərə Liqa Kubokunun "Çelsi"yə qarşı final oyununu buraxacaq.
Trent daha əvvəl Premyer Liqada "Bernli" ilə oyunda (3:1) fasilədən sonra əvəzlənib.
Qeyd edək ki, bu mövsüm 29 matçda meydana çıxan Aleksander-Arnold 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0