“Liverpul” məğlub olub
09.01.2025 - 12:15

Ötən gecə İngiltərə Liqa Kubokunun yarımfinalında "Tottenhem" və "Liverpul" arasında ilk oyun keçirilib.
Apasport.az xəbər verir ki, matçda London təmsilçisi "mersisaydlılar"a 1:0 hesabı ilə qalib gəlib.
Qolu 86-cı dəqiqədə Lukas Berqvall vurub.
Bu komandalar arasında cavab oyunu fevralın 6-da "Enfild" stadionunda olacaq..
0
0