“Liverpul” PSJ-nin yetirməsi ilə maraqlanır
17.02.2025 - 00:54

İngiltərənin "Liverpul" klubu Fransa təmsilçisi PSJ-nin futbolçusu Uorren Zair-Emeri ilə maraqlanır.
Apasport.az xəbər verir ki, mersisaydlılar artıq 18 yaşlı yarımmüdafiəçinin agenti ilə əlaqə saxlayıblar.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Liverpul"un fransalı oyunçu üçün 65 milyon avro ödəməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, Zair-Emeri PSJ-nin yetirməsidir. O, cari mövsüm bütün turnirlərdə 29 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0