“Liverpul”dan 19 milyonluq transfer
18.08.2023 - 16:51

“Liverpul” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Vataru Endonu transfer edib.
Yaponiya millisinin və “Ştutqart”ın yarımmüdafiəçisinin keçidi 19 milyon avroya gerÇəkləşib.
Endo 4 illik müqavilə imzalayıb. O, bunadək son üç ili Almaniya klubunda keçirib.
Qeyd edək ki, Vataru “Ştutqart”da 133 matçda 15 qol vurub.
0
0