“Liverpul”dan ayrılır? - Salah özü açıqladı
03.01.2025 - 23:11

Məhəmməd Salah "Liverpul"dan ayrılması ilə bağlı yayılan söz-söhbətlərə reaksiya bildirib.
Apasport.az xəbər verir ki, o, bu barədə açıqlama verib.
Misirli hücumçu mövsümün sonunda komandanı tərk edəcəyini söyləyib:
“Həqiqətən "Liverpul"la Premyer Liqanı qazanmaq niyyətindəyəm. Bu, mənim klubdakı son ilimdir, ona görə də şəhər üçün xüsusi bir şey etmək istəyirəm”.
Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"un şərəfini qoruyur.
0
0