“Liverpul”un sabiq futbolçusu “Beşiktaş”da
14.08.2023 - 14:32

Konfrans Liqasında “Neftçi”nin rəqibi olan “Beşiktaş” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, Türkiyə təmsilçisi Aleks Oksleyd-Çemberlenlə müqavilə imzalayıb.
Futbolçu istanbullularla 3 illik anlaşıb. Transfer bu gün təqdim olunacaq.
“Liverpul”la müqaviləsi başa çatan Aleks “Beşiktaş”a azad agent kimi keçib. O, 2017-ci ildən bu klubda forma geyinib.
Qeyd edək ki, Oksleyd-Çemberlen “Sauthempton” və “Arsenal”da da çıxış edib.
0
0