Luis Enrike PSJ-də
05.07.2023 - 20:13

PSJ-nin yeni baş məşqçisi futbol ictimaiyyətinə təqdim edilib.
Apasport.az-ın məlumatına görə, Paris klubuna Luis Enrike başçılıq edəcək.
Tərəflər iki illik müqaviləyə imza atıblar. Enrike bu vəzifədə Kristof Qaltyeni əvəz edib. Təqdimetmə mərasimində 53 yaşlı mütəxəssis bunları deyib: “Parisə gəldiyim üçün çox şadam. Yeni insanlarla tanış olmaq, bu şəhərdə yaşamaq və PSJ-ni çalışdırmaq imkanı qazanmaq həmişə maraqlıdır”.
Qeyd edək ki, Enrikenin son iş yeri İspaniya yığması olub. O, “Roma”, “Selta” və “Barselona” klublarında işləyib.
0
0