Lukaku İtaliyaya qayıtdı
31.08.2023 - 16:05

Romelu Lukaku yenidən İtaliya A seriyasında çıxış edəcək.
Apasport.az saytı xəbər verir ki, "Roma" futbolçunu icarəyə götürdüyünü açıqlayıb.
Belçikalı forvard 2024-cü il iyununadək paytaxt klubunun formasını geyinəcək. 30 yaşlı hücumçu İtaliya təmsilçisində 90 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Lukaku ötən mövsümü icarə əsasında digər A seriyası təmsilçisi “İnter”in heyətində keçirib.
0
0