Mahir son dəqiqədə "Dinamo"nu xilas etdi
05.11.2023 - 22:41

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, sözügedən komanda 14-cü tur çərçivəsində “Varajdin”lə qarşılaşıb.
Bu oyunda qalib müəyyənləşməyib – 1:1. Emreli də bu matçın iştirakçısı olub. O, 75-ci dəqiqədə meydana buraxılıb. Komandasının bərabərlik qolunu da 90+4-cü dəqiqədə Mahir vurub.
"Dinamo" hazırda turnir cədvəlində 23 xalla 3-cü pillədə qərarlaşıb.
0
0