Mahrezə Səudiyyə Ərəbistanından təklif
08.06.2023 - 09:30

Səudiyyə Ərəbistanı klubları daha bir ulduzu heyətinə qatmaq istəyir.
Apasport.az saytının məlumatına görə, “Mançester Siti”nin vingeri Riyad Mahrez də asiyalıların hədəfinə düşüb.
Vingerin xidmətində “Əl-Əhli” maraqlıdır. Klubun prezidenti Valid Muaat danışıqlar üçün İngiltərəyə yollanıb. Ötən mövsüm aşağı liqada çempion olan “Əl-Əhli” elitaya yüksəlib.
Qeyd edək ki, Mahrez ötən mövsümün 47 oyununda 15 qol vurub.
0
0