"Mançester Siti" 20 yaşlı argentinalı transfer etdi
22.01.2023 - 01:24

"Mançester Siti" 20 yaşlı argentinalı dayaq yarımmüdafiəçisi Maksimo Perrone ilə müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, "şəhərlilər" futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalayıb. Transfer yaxın vaxtlarda rəsmən açıqlanacaq.
Bundan əvvəl mətbuatda "Siti"nin bu transferə görə Argentinanın "Velez Sarsfild" klubuna 8 milyon dollar ödədiyi barədə məlumatlar yayılmışdı.
0
0