“Mançester Siti” ÇL tarixinə düşdü
14.02.2024 - 09:58

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Kopenhagen”i 3:1 hesabı ilə məğlub edən “Mançester Siti” turnirin yeni rekorduna imza atıb.
Apasport.az xəbər verir ki, "şəhərlilər" ardıcıl 7-ci matçda 3 və ya daha çox qol vurub.
Pep Qvardiolanın yetirmələri “Leypsiq”i 3:1, 3:2, “Srvena Zvezda”nı 3:1, 3:2, “Yanq Boyz”u 3:1 və 3:0 hesabı ilə məğlub edib.
Heç bir komanda Çempionlar Liqasında belə məhsuldarlıq göstərməyib.
0
0